Enerji resurslarını strateji üstünlüyə çeviririk
İnnovativ enerji auditi, bərpa olunan mənbələr və ağıllı idarəetmə sistemləri ilə.
Xidmətlərimizlə Tanış OlunINESCO ESCO modeli investisiyaları ilə davamlı gələcəyi dəstəkləyir
ESCO modeli ilə həyata keçirilən layihələr sayəsində müəssisələr əlavə maliyyə yükünə düşmədən enerji qənaəti əldə edirlər.
Xidmətlərimizlə Tanış OlunINESCO günəş və hidroenerji layihələri ilə bərpa olunan gələcəyi qurur
Şirkətimiz GES və HES layihələrini EPC modeli ilə həyata keçirərək etibarlı və uzunmüddətli enerji həlləri təqdim edir.
Xidmətlərimizlə Tanış OlunINESCO ağıllı enerji idarəetmə sistemləri ilə istehsalı optimallaşdırır
Quraşdırdığımız monitorinq sistemləri real vaxtda enerji istifadəsini izləyərək qənaət imkanlarını ortaya çıxarır.
Xidmətlərimizlə Tanış OlunINESCO | Industrial ESCO
Enerji Səmərəliliyi, Bərpa Olunan Enerji və Enerji Auditi
Enerji səmərəliliyi və bərpa olunan enerji sahəsindəki təcrübəmizlə layihələrinizi həyata keçiririk.
İNESCO (Industrial Energy Services Company) — enerji səmərəliliyi, bərpa olunan enerji və enerji auditi sahəsində fəaliyyət göstərən ixtisaslaşmış mühəndislik və konsaltinq şirkətidir.
Bizim məqsədimiz – enerjinin daha ağıllı, səmərəli və dayanıqlı istifadəsini təmin edən kompleks həllər təqdim etməkdir.
Yaşayış binalarından sənaye müəssisələrinə qədər müxtəlif miqyaslı layihələrdə enerji qənaətinin artırılması, karbon emissiyalarının azaldılması və innovativ texnologiyaların tətbiqi bizim əsas prioritetimizdir.
Davamını oxu
Bərpa Olunan Mənbələri
Davamlı Həllərə
Çeviririk
İNESCO enerji sahəsində tam dövriyyəli xidmət spektrini təqdim edir – analizdən layihələndirməyə, icradan inteqrasiyaya qədər.
Biz aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstəririk:
Istilik və Elektrik Enerji Səmərəliliyi və Audit
Binalar və müəssisələrdə enerji itkilərinin azaldılması, istilik mühafizə hesabatları və enerji menecment sisteminin yaradılması.
Yaşıl Strategiyalar və Sertifikatlaşdırma
Karbon emissiyalarının azaldılması, “Net Zero” planlaması və beynəlxalq yaşıl bina sertifikatlarına uyğunluq.
Bərpa Olunan Enerji Layihələri
Günəş və su elektrik stansiyalarının (GES, HES) layihələndirilməsi və EPC kontraktoru.
Rəqəmsal Tətbiqlər və Şəbəkə İnteqrasiyası
Ağıllı enerji idarəetməsi, mikro-şəbəkə sistemləri, BESS əsasında hibrid elektrik sistemləri və elektromobil doldurma stansiyaları.
İnvestisiya və Texniki-İqtisadi Əsaslandırma
Enerji layihələrinin texniki-iqtisadi əsaslandırılması, maliyyə analizi və uzunmüddətli dayanıqlı həllərin planlaşdırılması.
INDUSTRIAL ESCO
Enerji Səmərəliliyi və Bərpa Olunan Həllərdə Etibarlı Tərəfdaşınız
İstilik Mühafizəsi Hesabatının Hazırlanması
Enerji itkilərini analiz edərək istilik mühafizəsi hesabatları hazırlayırıq. Bu sayədə müəssisələr enerji istifadəsini optimallaşdırır və xərclərdə qənaət əldə edir.
Enerji Auditin Təşkili
Enerjinin səmərəli istifadəsi və enerji auditin təşkili, İstehsalat müəssisələri üçün enerji performans müqavilələri (ESCO modeli) (Layihələrin xərclərinin qənaət hesabına geri qaytarılması (Pay-back əsaslı)).
Karbon İzi və Net Zero Həlləri
Karbon izi və emissiyaların azaldılması üzrə planlaşdırma (Şirkətlər üçün karbon emissiyalarının hesabatı, "Net Zero" strategiyalarının hazırlanması.)
Ağıllı Şəhər və Mikro-Şəbəkə Həlləri
Ağıllı şəhər və mikro-şəbəkə həlləri vasitəsilə enerji resurslarının idarəsini optimallaşdırır, xərcləri azaldır və davamlı inkişaf üçün etibarlı sistemlər qururuq.
Yeni Layihələr üçün Enerji Effektivliyi Məsləhətləri
Yeni layihələrin enerji səmərəliliyi üzrə ekspert məsləhətləri təqdim edirik. Bu həllər resurs qənaəti, davamlılıq və uzunmüddətli dəyər yaradır.
Bərpa Olunan Enerji Layihələrinin EPC Modeli ilə İcrası
Bərpa olunan enerji mənbələrinin istifadəsi, o cümlədən GES və HES layihələrinin EPC (Engineering, Procurement and Construction) modeli əsasında həyata keçirilməsi.
Enerji Menecmenti və Monitorinq Sistemləri
Enerji menecmenti və monitorinq sistemləri ilə istehlakı izləyir, xərcləri azaldır və müəssisələr üçün davamlı idarəetmə imkanı yaradırıq.
Binalar üçün Layihə-Smeta Sənədləri və İVK Məsləhətləri
Binaların layihə-smeta sənədlərini hazırlayır, İVK (istilik, ventilyasiya, kondisioner) sahəsində texniki məsləhət təqdim edərək etibarlı mühəndislik həlləri təmin edirik.
Elektrik Şəbəkəsinə Qoşulma və Enerji Balanslaşdırılması Həlləri
Elektrik şəbəkəsinə qoşulma və enerji balanslaşdırılması həlləri (GES və HES-lərin şəbəkəyə inteqrasiyası, enerji saxlama sistemlərinin (BESS) layihələndirilməsi).
Açar Təslim Enerji Saxlama və Mikro-Şəbəkə Sistemləri
Açar təslim enerji saxlama və mikro-şəbəkə sistemlərinin qurulması (Günəş, HES və batareya texnologiyalarının inteqrasiyası ilə enerji müstəqilliyi həlləri.)
Yaşıl Sertifikatlaşdırma üzrə Məsləhətçilik
Yaşıl sertifikatlaşdırma üçün məsləhətçilik (Binaların beynəlxalq enerji səmərəliliyi və ekoloji sertifikatlara uyğunlaşdırılması.)
Elektromobil Yükləmə Stansiyalarının Layihələndirilməsi və Quraşdırılması
Elektromobil yükləmə stansiyalarının (EV Charger) layihələndirilməsi və quraşdırılması (Şəbəkə inteqrasiyası ilə tam xidmət.)
Xidmətlər
İNESCO enerji sektorunda analizdən layihələndirməyə, icradan inteqrasiyaya qədər bütün mərhələləri əhatə edən tam dövriyyəli xidmətlər təqdim edir. İstilik və elektrik enerjisi səmərəliliyi, bərpa olunan enerji sistemləri, rəqəmsal enerji idarəetməsi və investisiya əsaslandırması sahələrində peşəkar həllər hazırlayırıq.
Layihələrimiz
Azərbaycanın müxtəlif regionlarında həyata keçirilmiş enerji səmərəliliyi, texniki audit və bərpa olunan enerji layihələri İNESCO-nun təcrübəsini əks etdirir.
Son Xəbərlər
SolarEX İstanbul 2026 – Günəş Enerjisi və Enerji Saxlama Həlləri
Go Energy Türkiye 2026 – Enerji Səmərəliliyi və İstehsalı Sərgisi
Bloq
Bloq səhifəmizdə enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində ən son trendləri, müəssisələr üçün enerji qənaətində nəzərə alınmalı vacib məqamları və mütəxəssis tövsiyələrini tapa bilərsiniz. Hər yazımızda, layihələrinizə dəyər qatacaq innovativ həllər və ilham verici yanaşmalarla sizə yol göstərəcəyik.
Hamısına Bax




