İNESCO günəş, su və hidrogen enerjisi üzrə EPC (Mühəndislik – Təchizat – Tikinti) modeli əsasında layihələrin bütün mərhələsini həyata keçirir.
Biz layihə sahəsinin seçilməsindən istismar mərhələsinə qədər texniki, iqtisadi və enerji balansı baxımından optimallaşdırılmış sistemlər təqdim edirik.
Xidmətlər:
- Günəş elektrik stansiyalarının (GES) layihələndirilməsi və EPC icrası
- Kiçik HES layihələrinin hazırlanması və həyata keçirilməsi
- Elektrik şəbəkəsinə qoşulma və enerji balanslaşdırılması (BESS daxil olmaqla)
- Hidrogen texnologiyaları üzrə ilkin təhlillər və layihələndirmə
- Geotermal enerji layihələrinin araşdırılması və dizaynı
Üstünlüklər:
- Region iqliminə uyğun texniki dizayn
- Açar təslim yanaşma və tam məsuliyyətli icra
- Enerji müstəqilliyi və dayanıqlılıq təminatı
- Sərfəli “payback” dövrləri və uzunmüddətli istismar etibarlılığı